2019/20-ci il mövsümünə start verildi

A qrupunun ilk oyununda “Əmirli Tovuz” və “Borçalı FK” üz-üzə gəlib. Olduqca maraqlı və gərgin keçən qarşılaşma 1:1 yekunlaşıb.

A qrupunun ikinci görüşündə “Mübariz FK” və “AgroSport” 3 xal uğrunda mübarizə aparıb. Hər iki tərəfin fərqlənmək üçün şansları olsa da, oyunda qol səsi eşidilmiyib.

B qrupunun ilk qarşılaşması “Alliance FK” və “FC Baku” arasında baş tutub. Hər iki komanda BFL-də ilk mövsümlərini keçirsələr də, ikincilər oyunçuların təcrübəsi hesabına 9:0 hesablı qələbə qazanıb.

Turun ən böyükhesablı qalibiyyətinə isə “Sirena Motors” imza atıb. B qrupunun ikinci görüşündə “Balaxanı FK” BFL 2019/20-ci il mövsümünün ikincisi “Sirena Motors”a 0:13 hesabı ilə məğlub olub.

“Lökbatan FK” “Astara FK” oyununda 10 qol qeydə alınıb. BFL 2019/20-ci il mövsümünün bürünc medalçıları rəqibini 9:1 hesablı məğlubiyyətə uğradıb
“Seniors” “Göytürk FK”nı qonaq edib. Təcrübəli oyunçulara sahib “Seniors” rəqibini 12:2 üstələyib.

“Army United” və “Tornado FK” B qrupunun son matçında qarşılaşıblar. Hər iki komandanın zaman-zaman üstünlüyü ələ aldığı oyunda “Tornado FK” 6:2 hesabı ilə qalib gəlib.

“Füzuli FK” A qrupunun son oyununda Sabirabadın “Çağırğan FK” komandasının qonağı olub. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmadan 3 xalı 3 qolla Füzuli təmsilçisi əldə edib.

İlk turun yekunlarına görə A qrupunda “Astara FK” ilk sırada qərarlaşıb. B qrupunda “Sirena Motors” turnir cədvəlinə başçılıq edir. Növbəti turun oyunları 12 oktyabrda baş tutacaq.

One Reply to “2019/20-ci il mövsümünə start verildi”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir