BFL-də IV tura yekun vurulub

Bakı Futbol Liqasında 4-cü tura yekun vurulub. Ötən həftə B qrupunda “Balaxanı FK” ilə heç-heçə qalan “Army United” 4-cü turda “Göytürk FK”nı 17:4 hesabı ilə məğlub etməklə xallarının sayını 4-ə çatdırıb.

“Borçalı FK” və “Çağırğan FK” qarşı-qarşıya gəlib. A qrupunun oyunları çərçivəsində “Çağırğan FK” rəqibindən 2:0 hesabı ilə üstün olub.

A qrupunun növbəti matçında “Əmirli Tovuz” və “Mübariz FK” görüşüb. Maraqlı idman mübarizəsi şəraitində keçən matçdan qol səsi çıxmayıb.

B qrupunda yarışan “FC Baku” “Balaxanı FK”nı 17:1 hesabı ilə məğlub edib. Turun növbəti matçında “Sirena Motors” “Seniors”la qarşılaşıb. Qol imkanlarını daha yaxşı dəyərləndirən “Seniors” “avtomobilçilər” üzərində 5:2 hesabı ilə qələbə qazanıb.

A qrupunda “Astara FK” “Azəri”ni qəbul edib. Cənub təmsilçiləri rəqibini 4:1 hesabı ilə məğlubiyyətə uğradıb. “Tornado FK” geriyə düşdüyü oyunda “Alliance FK”nı 3:2 üstələməyi bacarıb.

“Füzuli FK” 14 cavabsız qolla “Lökbatan FK”a öz gücünü göstərib. Növbəti turun oyunları 3 noyabr tarixndə baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir