BAŞ SƏHİFƏ / Xəbərlər

“BFL”də 1-ci dövrəyə yekun vuruldu

9-cu turun oyunları ilə 1-ci dövrə başa çatdı. İlk 9 həftədə olduqca maraqlı qarşılaşmaların şahidi olan hərkəs növbəti turların çempionluq uğrunda daha gərgin mübarizlərə zəmin yaratmasını proqnozlaşdırmaqda çətinlik çəkmir. Komandalar dövrəni daha yaxşı mövqedə bitirmək üçün əzmkarlıq göstərib çempionluğa daha yaxın olmaq niyyətində idilər...

Turun ilk görüşündə “AtaBank” “Bakı FK”nı qəbul etdi. Havanın yağışlı olması isə paytaxtın eyniadlı komandası üçün bərəkətli oldu. İlk hissədə rəqib qapısından 5 top keçirən “Bakı FK” oyunçuları ikinci hissədə daha 6 qol vurmağa müvəffəq oldular. “AtaBank”ın təsəlli qolu isə 58-ci dəqiqədə Fərid Hüseynovun adı ilə bağlı idi. “Bakı FK” komandasının heyətində Vüsal Əliyev, Şəhriyar Yahyayev, Əlsalam Həmidov “dubl”a imza atarkən Elçin Cuvarov (3), Fərid Məmmədli (1), Kərim Qarayev (1) fərqlənməklə qalibiyyətin əsas memarlarından oldular. Turnir cədvəlində “AtaBank” 8-ci, Bakı isə 6-cı pillədə qərarlaşıb.

Həftənin ikinci qarşılaşmasında isə “Forever Young” “Armada FK”nın qonağı oldu. Hesabın açılması 9-cu dəqiqəyə təsadüf etdi. “Forever Young” kifayət qədər güclü rəqibini ilk hissədə 2 qolla cəzalandırdı. Salman Kərimov və Rauf Namazəliyev müvafiq olaraq 9 və 11-ci dəqiqədə fərqlənən oyunçular idi. Hissənin bu nəticə ilə başa çatması oyuna marağın artmasına səbəb oldu. Elnur Muradovun ilk hissənin son fitini səsləndirməsi isə “Armada FK”nın işinə yaradı. İkinci hissəyə taktiki dəyişikliklərlə başlayan göy köynəklilər qolları sıralamaqda heç də çətinlik çəkmədilər. 30 dəqiqəyə 6 qol sığdıran “Armada FK” 57-ci dəqiqədə Maksim Tsurkovun qoluna mane ola bilmədi. Beləliklə, “comeback”ə şahid olduğumuz görüşdə hesab 6-3 oldu. “Armada FK” 16 xalla 5-ci pillədəki yerini qorudu, “Forever Young” isə hələ ki liqanın “autsayder”idir.

“Mr.Fix” – “İdman Azərbaycan” matçında 6 qol qeydə alındı. İlk sıradakı yerini riskə atmaq istəməyən telekanal təmsilçiləri turnir cədvəlinin ortalarında qərarlaşan "Mr.Fix"ə qonaq oldular. Oyuna sürətli başlayan “İdman Azərbaycan” kollektivi 6-cı dəqiqədə Namiq Əliyev ilə hesabı açdı. 8-ci dəqiqədə isə Xəqani Məmmədov fərqi 2 topa yüksəltdi. Mehman Yunusov 17-ci dəqiqədə ayağına düşən imkanı boşa vermədi. “Mr.Fix”in 27-ci dəqiqədə rəqib qapısına yol tapa bildi. Daha sonra Ceyhun Sultanovun 29 və 57-ci dəqiqədəki qolları “Mr.Fix”in yeganə qolunu təsəlli qolu kimi saxladı. “İdman Azərbaycan” isə 3 xalı 5 qolla qazandı. Bu nəticə ilə "Mr.Fix" 10 xala sahibdir və 7-ci sırada qərarlaşıb. Lider "İdman Azərbaycan"ın hesabında 24 xal var.

Turun ən maraqlı və bol epizodlu mübarizələrinin birində isə “Vətən” “Kristal R&R” ilə münasibətlərinə aydınlıq gətirdi. İlk 26 dəqiqə ərzində qapılar önündə qol vəziyyəti yaradan komandalar yalnız 27-ci dəqiqədə toru silkələməyi bacardılar. Fərrux İsmayılov və İlqar Mənsimovun qolları “Vətən”in fasiləyə 2-0 öndə yollanmasını təmin etdi. Oyundakı cüzi üstünlüyü ələ alan “məşqçilər heyəti” öndə olmanın verdiyi rahatlıqla meydanın özlərinə aid hissəsində oynamağa başladılar. Bundan maksimal dərəcədə istifadə edən “Kristal R&R” 6 dəqiqədə “Vətən”in qapısından 3 qol keçirməklə üstünlüyü ələ aldı. Mövsüm Tapdıqov (2) və Elnur Süleymanov “baş rol ifaçıları” idi. Hücumameyilli komanda olan “Kristal R&R” qol fərqini artırmaq üçün təzyiq göstərərkən “Vətən” futbolçuları əks-hücumlarda effektiv oynadı və yekunda 3 xalı 5 qolla əldə edən tərəf oldu. Elnur Muradovun vərəqə göstərmədiyi matçda tərəflərin fair-play qaydalarına əməl etməsi tamaşaçıların da ürəyincə oldu. “Vətən” komandası 18 xalla 3-cü, “Kristal R&R” isə 3 xalla 9-cudur.

Turun və dövrənin son oyununda “Captain FC” və “Beerbaşa” komandaları üz-üzə gəldi. Olduqca maraqlı keçən 3 xal mübarizəsində komandalar qolsuz bərabərliklə meydanı 1 xalla tərk etdilər. Qarşılıqlı hücumların bir-birini əvəz etdiyi matçda hər iki komanda gözəl oyun sərgilədi. Matçın nəticəsi isə sıralamanı dəyişdirmədi. “Captain FC” 4-cü pillədə qərarlaşıb və aktivində 18 xal var. “Beerbaşa” isə 20 xalla lider “İdman Azərbaycan”ın ən yaxın izləyicisidir. Bu nəticə eyni zamanda "BFL"də ilk qolsuz matç olaraq tarixə keçdi.

# KOMANDA O Q H M A-B X
1 İdman Azərbaycan 27 24 0 3 139 - 69 72
2 Beerbaşa 27 20 3 4 132 - 44 63
3 Bakı FK 27 18 1 8 143 - 63 55
4 Captain FC 27 15 2 10 78 - 55 47
5 Vətən 27 14 0 13 118 - 117 42
6 Armada FK 27 12 1 14 68 - 61 37
7 Kristal R&R 27 11 1 15 98 - 99 34
8 Mr.Fix 27 10 1 16 79 - 126 31
9 AtaBank 27 4 1 22 49 - 136 13
10 Forever Young 27 3 0 24 40 - 168 9

PREMYER LIQA BFL, 1-ci TUR.

08.10.2017
Forever Young 0 : 8 ATA Bank
Idman Azərbaycan 3 : 1 Captain FK
Beerbasha 2 : 2 Armada FK
Kristal R&R 4 : 3 Mr.Fix
Vətən 6 : 5 Bakı

PREMYER LIQA BFL, 2-ci TUR.

15.10.2017
Captain FK 2 : 5 Kristal R&R
Bakı FK 12 : 1 Forever Young
ATA Bank 2 : 8 Beerbasha
Armada FK 1 : 4 İdman Azərbaycan
Mr.Fix 1 : 12 Vətən

PREMYER LIQA BFL, 3-cü TUR.

22.10.2017
MrFix FK 2 : 7 Bakı FK
Kristal R&R 1 : 3 Armada FK
İdman Azərbaycan 9 : 5 AtaBank
Beerbasha 7 : 1 Forever Young
Vətən 2 : 4 Captain FK

PREMYER LIQA BFL, 4-cü TUR.

29.10.2017
AtaBank 2 : 10 Kristal R&R
Captain FK 1 : 4 Mr.Fix
Forever Young 2 : 6 İdman Azərbaycan
Armada FK 8 : 2 Vətən
Bakı 2 : 5 Beerbasha

PREMYER LIQA BFL, 5-ci TUR.

05.11.2017
Captain FK 2 : 1 Bakı
Mr.Fix 1 : 4 Armada FK
Vətən 5 : 2 AtaBank
İdman Azərbaycan 4 : 3 Beerbaşa
Kristal R&R 14 : 4 Forever Young

PREMYER LIQA BFL, 6-cı TUR.

12.11.2017
AtaBank 3 : 3 Mr.Fix
Armada FK 2 : 4 Captain FK
Beerbaşa 2 : 2 Kristal R&R
Bakı 4 : 7 İdman Azərbaycan
Forever Young 3 : 12 Vətən

PREMYER LIQA BFL, 7-ci TUR.

19.11.2017
Armada FK 3 : 8 Bakı
Captain FK 2 : 1 AtaBank
Kristal R&R 2 : 5 İdman Azərbaycan
Vətən 4 : 5 Beerbaşa
Mr.Fix 11 : 0 Forever Young

PREMYER LIQA BFL, 8-ci TUR.

26.11.2017
Bakı 7 : 4 Kristal R&R
Forever Young 2 : 6 Captain FK
AtaBank 1 : 3 Armada FK
İdman Azərbaycan 3 : 2 Vətən
BeerBaşa 6 : 0 Mr.Fix

PREMYER LIQA BFL, 9-cu TUR.

03.12.2017
AtaBank 1 : 11 Bakı
Armada FK 6 : 3 Forever Young
Mr.Fix 1 : 5 İdman Azərbaycan
Vətən 5 : 4 Kristal R&R
Captain FK 0 : 0 BeerBaşa

PREMYER LIQA BFL, 10-cu TUR.

10.12.2017
Kristal R&R 1 : 2 Captain FC
Forever Young 0 : 13 Bakı FK
İdman Azərbaycan 0 : 4 Armada FK
Vətən 8 : 3 Mr.Fix
Beerbaşa 8 : 1 AtaBank

PREMYER LIQA BFL, 11-ci TUR.

17.12.2017
AtaBank 2 : 3 İdman Azərbaycan
Armada FK 8 : 3 Kristal R&R
Forever Young 3 : 10 Beerbaşa
Captain FC 5 : 2 Vətən
Bakı FK 6 : 2 Mr.Fix

PREMYER LIQA BFL, 12-ci TUR.

24.12.2017
Mr.Fix 0 : 3 Captain FC
İdman Azərbaycan 11 : 5 Forever Young
Kristal R&R 7 : 3 AtaBank
Beerbaşa 1 : 3 Bakı FK
Vətən 3 : 4 Armada FK

PREMYER LIQA BFL, 13-cü TUR.

07.01.2018
Bakı FK 2 : 2 Captain FC
Forever Young 0 : 3 Kristal R&R
Beerbaşa 2 : 1 İdman Azərbaycan
AtaBank 2 : 6 Vətən
Armada FK 0 : 1 Mr.Fix

PREMYER LIQA BFL, 14-cü TUR.

14.01.2018
Mr.Fix 5 : 0 AtaBank
İdman Azərbaycan 1 : 6 Bakı FK
Kristal R&R 3 : 2 Beerbaşa
Vətən 6 : 3 Forever Young
Captain FC 2 : 4 Armada FK

PREMYER LIQA BFL, 15-ci TUR.

21.01.2018
İdman Azərbaycan 5 : 2 Kristal R&R
AtaBank 1 : 8 Captain FC
Bakı FK 3 : 2 Armada FK
Beerbaşa 9 : 4 Vətən
Forever Young 0 : 14 Mr.Fix

PREMYER LIQA BFL, 16-cı TUR.

28.01.2018
Captain FC 5 : 3 Forever Young
Armada FK 7 : 2 AtaBank
Mr.Fix 2 : 6 Beerbaşa
Kristal R&R 1 : 4 Bakı FK
Vətən 2 : 5 İdman Azərbaycan

PREMYER LIQA BFL, 17-ci TUR.

04.02.2018
Bakı FK 5 : 1 AtaBank
İdman Azərbaycan 5 : 2 Mr.Fix
Forever Young 3 : 1 Armada FK
Beerbaşa 4 : 3 Captain FC
Kristal R&R 5 : 4 Vətən

PREMYER LIQA BFL, 18-ci TUR.

11.02.2018
Mr.Fix 3 : 6 Kristal R&R
AtaBank 4 : 3 Forever Young
Captain FC 2 : 3 İdman Azərbaycan
Armada FK 0 : 7 Beerbaşa
Bakı FK 10 : 3 Vətən

PREMYER LIQA BFL, 19-cu TUR.

18.02.2018
İdman Azərbaycan 10 : 3 AtaBank
Mr.Fix 0 : 8 Bakı FK
Beerbaşa 3 : 0 Forever Young
Kristal R&R 2 : 3 Armada FK
Vətən - : - Captain FC

PREMYER LIQA BFL, 20-ci TUR.

25.02.2018
Captain FC 0 : 1 Mr.Fix
AtaBank 3 : 6 Kristal R&R
Forever Young 1 : 9 İdman Azərbaycan
Bakı FK 1 : 2 Beerbaşa
Armada FK - : - Vətən

PREMYER LIQA BFL, 21-ci TUR.

04.03.2018
İdman Azərbaycan - : - Beerbaşa
Kristal R&R 8 : 4 Forever Young
Mr.Fix - : - Armada FK
Vətən 3 : 0 AtaBank
Captain FC 3 : 2 Bakı FK

PREMYER LIQA BFL, 22-ci TUR.

11.03.2018
AtaBank 1 : 3 Mr.Fix
Bakı FK 5 : 6 İdman Azərbaycan
Beerbaşa 3 : 3 Kristal R&R
Armada FK 1 : 2 Captain FK
Forever Young 0 : 3 Vətən

PREMYER LIQA BFL, 23-cü TUR.

18.03.2018
Mr.Fix 3 : 0 Forever Young
Kristal R&R 5 : 6 İdman Azərbaycan
Captain FC 11 : 0 AtaBank
Armada FK 0 : 3 Bakı FK
Vətən 1 : 15 Beerbaşa

PREMYER LIQA BFL, 24-cü TUR.

25.03.2018
AtaBank 3 : 0 Armada FK
Forever Young 0 : 2 Captain FC
Bakı FK - : - Kristal R&R
Beerbaşa 12 : 1 Mr.Fix
İdman Azərbaycan 5 : 0 Vətən

PREMYER LIQA BFL, 25-ci TUR.

01.04.2018
Armada FK 0 : 3 Forever Young
Captain FC - : - Beerbaşa
AtaBank 0 : 3 Bakı FK
Mr.Fix 6 : 15 İdman Azərbaycan
Vətən 8 : 10 Kristal R&R

PREMYER LIQA BFL, 26-cı TUR.

08.04.2018
İdman Azərbaycan 5 : 3 Captain FC
Kristal R&R 15 : 4 Mr.Fix
Forever Young - : - AtaBank
Vətən 8 : 6 Bakı FK
Beerbaşa - : - Armada FK

SON TURDAN REPORTAJ

BAKI FUTBOL LİQASI

MARAQLI FAKT

Bakı Futbol Liqasının 2017-18 mövsümünün "Forever Young" - "AtaBank" açılış oyununda "AtaBank" komandasının hücumçusu Fəqan Yusupov 1-ci dəqiqədə fərqlənməklə turnirin ilk qolunu vuran oyunçu kimi adını BFL-ın tarixinə yazdırdı.

CEYHUN SULTANOV (İDMAN AZƏRBAYCAN)
61
ƏLSALAM HƏMİDOV (BEERBAŞA)
55
ELÇİN CUVAROV (BAKI)
32